26 Dekabr 2024
Premyer Liqa

“Komandanın üstündə olan psixoloji gərginliyi atmağ üçün…”

"Bakı" klubu "Rəvan"la oyuna hazırlıqlarını ötən gün axşam vaxtlarında keçirdiyi məşqlə davam etdirib.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında "Bakı" öz təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev və Deyvidas Çesnauskis məşqdə iştirak etməyiblər. Şəhriyar Әliyev, Aqil Nəbiyev və Ruben Qonzalez komandadan ayrı çalışıblar.

Milinko Pantiç "Rəvan"la qarşıdakı oyunla bağlı fikirlərini açılayıb: “Komandanın üstündə olan psixoloji gərginliyi atmağ üçün bizə qələbə lazımdır və biz bu nəticəni əldə etməyə çalışmalıyıq". Qeyd edək ki məşqdə klubun U-12 komandası da iştirak edib.

Xatırladaq ki, Topaz Premyer Liqasının 3-cü turu cərçivəsində keçiriləcək "Bakı" – "Rəvan" matçı avqustun 8-də, saat 18:00-da meydan sahiblərinin təlim-məşq bazasının stadionunda baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43