Premyer Liqanın III turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq “Simurq”un düşərgəsində hər şey qaydasındadı.
Zaqatala klubunun mətbuat xiddmətinin rəhbəri Rüstəm Allahverdiyevin İdmanxeber.com saytına verdiyi məlumata görə, “Neftçi” ilə oyun öncəsi komandanın düşərgəsində hər hansı bir zədəli futbolçu yoxdu və komanda “ağ-qaralar”la oyuna tam hazırdı.