Yeni mövsümdə qarşısına çempion olmaq hədəfi qoyan “Monako” növbəti transferini reallaşdırıb.
Fransız təmsilçisi İtaliyanın “Sampdoriya” klubunda forma geyinən argentinalı qapıçı Serxio Romeronu heyətinə qatıb.
26 yaşlı əlcək ustası 1 il icarə əsasında “Monako”da çıxış edəcək. Bu transferə görə, “qırmızı-ağlar” qarşı tərəfə 5 milyon avro ödəyib.
Qeyd edək ki,Romero Argentina millisinin üzvüdür.