“Qalatasaray”ın hücumçusu Yohan Elmander karyerasını bundan sonra İngiltərədə davam etdirəcək. İsveçli hücumçu “Norviç”lə anlaşıb.
Məlumata görə, “cim-bom” Elmanderin müqaviləsindəki 1.8 milyon avroluq məbləğin 400 min avrosunu ödəməyə razı olub. Qalan hissəsini isə ingilis təmsilçisi ödəyəcək.