Transfer dönəminin başından bu yana "Real"la müqavilə yeniləməyəcəyi və ayrılacağı xəbərləri dolaşan Kristiano Ronaldo, dünyanın öndə gələn qəzetlərindən olan "AS"-a açıqlama verib.
Ulduz futbolçu haqqında çıxan xəbərlərin yersiz olduğunu bildirib:
"Müqaviləmlə bağlı məsələ məni narahat etmir. İşlər yaxşı gedir və hər hansı problemdən söhbət belə gedə bilməz".