“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak dünən Premyer Liqanın III turu çərçivəsində “Qarabağ”a məğlub olduqları (2:0) oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Toşak Avroliqada “Makkabi” ilə keçirdikləri oyunla bağlı suala cavab vermək istəməyib.
Təcrübəli mütəxəssis, “Məşqçi kimi formalaşdırdığınız imicinizi Lənkərana gəldikdən sonra itirdiyinizi düşünürsünüzmü?” – sualına isə belə cavab verib: “Məğlubiyyətə görə məsuliyyə mənim üzərimə düşür. 35 ildir məşçi vəzifəsində işləyirəm. Bu illər ərzində ancaq yaxşı günlərim olmayıb. Təbii ki, uğursuz günlər də olub”.