Litvanın “Tauras” klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu İlqar Nəbiyev Qırğızıstan millisinə çağırılıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçumuz sözügedən millinin şərəfini qorumaqda maraqlıdı.
İ.Nəbiyev bunu belə əsaslandırıb:
“Mənə qırğızlardan öncə taciklərdən təklif gəlmişdi. Dedim hələ gəncəm, bəlkə bizim millidən təklif gəldi və ona görə Tacikistan millisində oynamaqdan imtina etdim. Ancaq gördüm ki, yox, təklif gəlmir. Ona görə, bu dəfəki şansı qaçırmadım və Qırğızıstandan gələn təklifə “hə” dedim. Sentyabrda Belarus millisi ilə Qırğızıstan millisi yoxlama görüşü keçirəcək və mə\n həmin oyuna dəvət almışam. Bundan əlavə noyabrda Azərbaycanla yoldaşlıq görüşünə də, çağırılmışam və böyük ehtimalla həmin matçda çıxış edəcəm”.