Artıq bir müddət di ki, “Atletiko”da forma geyən Arda Turanın Türkiyəyə gələcəyi ilə bağlı xəbərlər yayılıb. Türkiyəli futbolçunun meneceri Ahmet Bulut yayılan xəbərlərə münasibət bildirib:.
Belə ki, Bulut “Atletiko” prezidentinin Ardanı satmaq istəmədiyini bildirib: “Klubun sahibi Gil Marindi və o da “Ardanı satmayacam” deyir. Bu cür xəbərlər hardan çıxır bilmirəm. Artıq həm mən, həm də Arda bu tipli xəbərlərdən narahat oluruq. Ardanın karyerasında Türkiyə planları yoxdu”.