23 Dekabr 2024
Ölkə futbolu

Con Toşak: “Hamı bu oyuna hazır olmalıdı!”

“Xəzər Lənkəran” dünən axşam məşqi ilə “Böyük oyun”un hazırlığına start verdi.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Topaz Premyer Liqasının IV turunda “Neftçi”ni qonaq edəcək komanda bu oyuna dönüş oyunu kimi baxır.

Təsadüfi deyil ki, axşam məşqində Con Toşak yetirmələrini məşq ortasında iki dəfə fiziki çalışmalarla yorub, “Bazar gününə çox var və hamınız bu oyuna hazır olmalısız!” – deyərək, motivasiya etməyə çalışdı.

Bu gün “Xəzər Lənkəran” gün ərzində daha iki məşqə çıxacaq ki, səhər məşqini artıq yekunlaşdıran komandamızda qapı xətti istisna olmaqla zədəli futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamdır. Təkcə Duqlas Leyte və Orxan Sadıqlının zədələri davam edir və komandanın tibb korpusu hər iki futbolçunun bərpası üçün səylərini davam etdirir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı avqustun 25-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43