Türkiyənin maraqla gözlədiyi Ünal Aysal – Fatih Terim görüşü başa çatdı.
Türkiyə mətbuatına istinadən verdiyimiz məlumata görə, görüşdən sonra "Qalatasaray" klubu bu qərarı verdi:
Fatih Terim Türkiyə millisini qarşıdakı 4 oyunda çalışdıra bilər. Terim istərsə, federasiyaya hər cür dəstəyi verə bilərik.
Son xəbərə görə, Fatih Terim bu təklifi qəbul edib.
Türkiyə Futbol Federasiyasının isə bu təklifi qəbul etmədiyi iddia olunur.