Superliqa təmsilçisi “Çaykur Rizəspor”da forma geyinən Sərcan Kaya Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.
25 yaşlı yarımmüdafiəçi açıqlamasında Azərbaycan millisindən təklif aldığını deyib. O, millimizdən gələn təklifə hələ cavab vermədiyini bildirib: “Öz üzərimdə daha çox işləməliyəm. Amma Azərbaycan millisində mənə təklif gəlib. Ancaq hələlik qərarımı verməmişəm. Xeyirli nədirsə, o olsun”.