23 Dekabr 2024
Ölkə futbolu

Maksim Medvedev: “Mənim belə boyda olan futbolçu ilə hava toplarına qalxmağım düz gəlməzdi”

Grdüyünüz kimi, meydançanın vəziyyəti yaxşı deyildi. Biz rəqibə öz oyunumuzu göstərmək istəyirdik. Ancaq təəssüf ki, alınmırdı. Topu saxlamaq üçün 2-3 cəhd etməli idik. Bu, oyunumuzu bir az korlayırdı. Məcbur olduq ki, topu vuraq qabağa. Daha nə edək? Topu arxada saxlamaq təhlükəli idi.

Bu sözləri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Anytraxt”a məğlub olan “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib. O,rəqib futbolçuların uzun boylu olduğundan  mübarizələrdə uduzduqlarını bildirib.

Sözün düzü, 8 nömrəli futbolçu ilə oynayırdım. Bizə hər 2 qolu vuran 14 nömrələri isə hücumçu idi. Gördüyünüz kimi, 1,96 metr boya malik idi. Mənim belə boyda olan futbolçu ilə hava toplarına qalxmağım düz gəlməzdi. O, topu sırf ortada almırdı, açılırdı, gəlib arxadan alırdı. Boyda böyük fərq olduğundan, çətin idi və bu baxımdan mübarizələrdə uduzurduq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43