“Sumqayıt”la matçda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bəxt amili də həmin qarşılaşmada bizdən üz döndərdi. Amma artıq həmin oyunu unutmuşuq. Diqqətimizi növbəti oyuna – “Qarabağ”la görüşə yönəlmişik. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Komanda olaraq sözügedən qarşılaşmaya yaxşı kökləndiyimizi deyə bilərəm”.
Bunu “Qəbələ”nin gənc müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın IV turu “Qarabağ”la keçiriləcək oyunöncəsi deyib.
Rəqib haqda fikirlərini bölüşən Abbasov Ağdam təmsilçisinin güclü olduğunu, amma komandasının rəqibdən çəkinmədiyini bildirib. O, meydançaya qələbə üçün çıxacaqlarını vurğulayıb:
“Qarabağ” cari mövsümdə həm ölkə çempionatı, həm də Avroliqada nümayiş etdirdiyi oyunla nəyə qadir olduğunu göstərir. Dünən baş tutan “Qarabağ” – “Ayntraxt” matçını birlikdə izlədik. “Qarabağ” layiqli mübarizə apardı. Fərqlənmək imkanları da oldu. Heyf ki, bu şanslardan yararlana bilmədilər. 3 gün sonra isə Ağdam təmsilçisinin Qəbələ səfəri var. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik. İnanıram ki, doğma meydança və azarkeş amilindən yararlanaraq istəyimizə nail olacağıq”.