“Fənərbağça” transferə çıxardığı Semih Şəntürkü “Bursaspor”a satıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, bu transfer “Bursaspor”a 1.5 milyon avroya başa gəlib. 30 yaşlı hücumçu ilə rəsmi müqavilə avqustun 26-da bağlanacaq.
Qeyd edək ki, “Fənərbağça” forması ilə ümumillikdə 205 oyuna çıxan Semih 56 qol vurub.