“Bizim üçün mövsümə uğursuz start artıq geridə qalıb. Avroliqanın pley-off mərhələsinin cavab oyunu artıq heç bir ciddi intriqa daşımır”.
Bu sözləri Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi Armin Veh Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı cavab oyunu öncəsi deyib.
Təcrübəli çalışdırıcı daha sonra bunları dilə gətirib: “Buna baxmayaraq, bu görüşə də ciddi yanaşmağımız lazımdı. Bakıdakı qələbə hələ heç nəyi aydınlaşdırmayıb. Ona görə futbolçularımın arxayınlaşmasını istəməzdim”.