“Simurq”un sabiq futbolçusu Zdravko Popoviçin yeni klubu müəyyənləşib.
Xorvat futbolçu Yunanıstanın adlı-sanlı klublarından olan AEK-ə keçib. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, AEK ötən mövsüm maliyyə böhranı səbəbindən tarixində ilk dəfə aşağı dəstəyə yuvarlanıb.