23 Dekabr 2024
Kateqoriyasız

19-cu duel

Azərbaycan Premyer Liqasının 5-ci turunun qarşıdan gələn “İnter” – “Simurq” görüşü hər iki komanda üçün sayca 19-cu olacaq.

 “İnter”in rəsmi saytına istinadən xəbər veririk ki, bunadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi sə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 14 dəfə məğlub edə bilib, “Simurq” isə ancaq 3 qələbəyə malikdir. 18 oyunun 1-i heç-heçə ilə başa çatmışdı.  Vurulan topların fərqi “İnter”in xeyrinədir -31:10.

Komanda         O              Q             H                M             Toplar

“İnter”             18            14            1                 3              31-10

“Simurq”          18             3              1                14             10-31

Komandalar ilk dəfə 2006-cı ilin avqustayında çempionat çərçivəsində üz-üzə gəlib. “Şəfa” stadionuna baş tutmuş həmin görüş 2:0  hesabıyla “İnter”in xeyrinə başa çatmışdı.

Ötən mövsümdə komandalar bir-birilə dörd dəfə qarşılaşıblar. Dörd oyunun ikisi “İnter”in rəqibini qələbəsilə başa çatıb. Digər iki oyunda isə “Simurq” qələbəyə sevinib. “Şəfa” stadionunda keçirilmiş iki matçda komanda rəqibi 1:0 və 5:0 hesabıyla üstələdi, Zaqatalada keçirilən görüşdə isə  “Simurq” daha üstün olmuşdu- 1:0 və 1:0. “İnter” – “Simurq” oyunlarında ən populyar hesablar 2:0 və 1:0-dır. Belə nəticələr 18 görüşün hərəyə 6 dəfə olmağla 12-də qeydə alınıb. “İnter” – “Simurq” qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:4 hesabıdır. 2008-cı ildə komanda  “Simurq”u məhz bu hesabla udmuşdu. Ən böyükhesablı qələbəyə isə komanda elə ötən mövsümdə imza atıb-5:0.

Bunadək komandaların keçirdiyi oyunların cədvəlini sizin diqqətinizə çatdırırıq:

Mövsüm             Oyun                        Hesab        

2006/07              “İnter”-“Simurq”          2:0

2006/07              “Simurq”-“İnter”          1:2

2007/08              “İnter”-“Simurq”          2:0

2007/08              “Simurq”-“İnter”          3:4

2008/09              “Simurq”-“İnter”          0:2

2008/09              “İnter”-“Simurq”(K)     2:0

2008/09              “Simurq”-“İnter””(K)    2:1

2008/09               “İnter”-“Simurq”         1:0

2009/10               “Simurq”-“İnter”         1:1

2009/10               “İnter”-“Simurq”         2:1

2010/11               “Simurq”-“İnter”         0:1

2010/11               “İnter”-“Simurq”         2:0

2011/12               “İnter”-“Simurq”        1:0

2011/12               “Simurq”-“İnter”        0:2

2012/13               “İnter”-“Simurq”        1:0

2012/13               “Simurq”-“İnter”        1:0

2012/13                “İnter”-“Simurq”       5:0

2012/13                “Simurq”-“İnter”       1:0

Azərbaycan çempionatında “Simurq”a qarşı keçirilən  ev oyunlarında “İnter” böyük üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmanın hamısında komanda rəqibini məğlub etməyi bacarıb.  Bu matçlarda top fərqi “İnter”in xeyrinədir-12:1.

Qeyd edək ki, “İnter” – “Simurq” matçı sentyabrın  1-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43