24 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”a qalib gəlməliydik”

“Diqqətimizi komanda oyunununa, sonadək mübarizəyə yönəltmişdik. Rəqibi daim təzyiq altında saxlamağı bacardıq. Xüsusən də ikinci yarıda bu bizdə daha effektiv alındı. Son iki oyunda məğlub olmuşduq. “Xəzər Lənkəran”a qalib gəlməliydik və bunu bacardıq. Düşünürəm ki, komandamız bu missiyanın öhdəsindən layiqincə gəldi”.

Bu sözləri Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilən “Qəbələ”-“Xəzər Lənkəran” (2:0) matçının ardından “qırmızı-qaralar”ın hollandiyalı yarımmüdafiəçisi Lorenzo Ebesilio söyləyib. Sözügedən qarşılaşmada Azərbaycan çempionatında ilk qoluna imza atan Ebesilio ilklərin cətin və vacib olduğunu deyib:

“Meydançada hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. “Xəzər Lənkəran”la matçda qol hesabımı açdım. Bu mənim üçün sevindirici haldır. Hər zaman ilkləri bacarmaq çətin və vacib olur. Düşünürəm ki, qarşıdakı matçlarda hesabımdakı qolların sayını oyundan oyuna artıra biləcəyəm. Bu həm mənim, həm də komandam üçün çox vacibdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43