“Ştuttqart”ın türk əsilli futbolçusu Sərdar Taşçının yeni klubu müəyyənləşib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, 26 yaşlı müdafiəçi Rusiyanın “Spartak” (Moskva) klubuna transfer olunub.
Artıq Moskva klubunun rəsmi saytı da bu barədə məlumat yayıb.
Qeyd edək ki, “Ştuttqart”ın yetirməsi olan Sərdar həmçinin Almaniya millisinin üzvüdür.