Sierra Leone yığmasının heyəti açıqlanıb.
Baş məşqçi Conni Makkinstri Azərbaycan Premyer Liqasını da unutmayıb.
Belə ki, o, AZAL-ın futbolçusu Samuel Barlayı yığmaya dəvət edib. Onunla yanaşı, “Rəvan”ın sabiq müdafiəçisi, hazırda ABŞ-ın “D.C. Yunayted” klubunda çıxış edən Şerif Suma da heyətə salınıb. “Bakı”nın yollarını ayırdığı İbrahim Karqbo və “Neftçi”nin BƏƏ-nin “Əl-Şaab” klubuna icarəyə verdiyi Julius Vobay isə milliyə dəvət almayıb.
Qeyd edək ki, Sierra-Leone sentyabrın 7-də Fritaun şəhərində Ekvatorial Qvineya ilə qarşılaşacaq.