"Əgər "Xəzər Lənkəran"a gəlsəm, bu komandanı indiki durumundan çıxarda biləcəm. Çünki belçikada "Standart" da belə durumda idi".
Bu sözləri bir vaxtlar "Xəzər Lənkəran"ı çalışdırmış rumın mütəxəssis Mirça Rednik deyib. "CFR Kluj"dan ayrıldıqdan sonra işsiz qalan Rednik Lənkəran təmsilçisinə qayıdacağı təqdirdə, bu klubu ağır vəziyyətdən çıxaracağına söz verib.
Mən "Standart"a gedəndən sonra komanda avrokuboklara vəsiqə qazandı. "Xəzər Lənkəran" fanatlarına söz verirəm, əgər qayıtsam komandanı uğursuzluq "zolaqından" çıxardacam".