Qəbələdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” sabah Bakıya gəlir.
Bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Bakıya qayıtdıqdan sonra komanda 3 günlük istirahətə buraxılacaq. Bunun ardından isə “ağ-yaşıllar” ayın 9-da Lənkəranda məşqə çıxacaq. Yeni transferl isə ola bilsin olsun.
H.Cəbrayıloğlu bu haqda bunları deyib:
“Ola bilsin ki, daha bir transfer olsun. Müdafiə və hücum xəttinə futbolçu lazımdı. Ancaq bu olmayada bilər”.