"Komanda ilə hələ tam məşq etmirəm. Yüngül məşqlərdə qoşuluram komanda yoldaşlarıma, qaçıram. Ancaq sonra ayrı məşq edirəm".
Bu sözləri İdmanxeber.com-a "Bakı"nın futbolçusu Şəhriyar Əlıiyev deyib.
Gənc futbolçu oynamaq üçün darıxdığını bildirərək, zədəsinin yaxın günlərdə tam sağalacağını bildirib:
"Ayağımın sınan yeri düzəlib. Ancaq topuq bir az məni incidir. Yaxın günlərdə komanda ilə birgə tam məşq edəcəm. Çox darıxmışam top üçün, oynamaq üçün. Əvvəl səbr etdim, indi də seyr edirəm".