“Xəzər Lənkəran” millinin futbolçusu Elnur Allahverdiyevlə yollarını ayırıb. DÇ-nın seçmə mərhələsi çərçivəsində səfərdə İsraillə qarşılacaq Azərbaycan millisinin düşərgəsinə olan Elnur Allahverdiyev “Qəbələ” – “Xəzər Lənkəran” oyunundan sonra cənub klubundan qovulub.
Elnur Allahverdiyevin qovulmasını “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak istəyib. Bu barədə rəsmi məlumatın sentyabrın 7-də keçirilən İsrail – Azərbaycan oyunundan sonra veriləcəyi bildirilir.
Məlumata görə, Toşak Elnur Allahverdiyevin əvəzinə "Malaqa"nın sabiq futbolşusu Antonio Benitesin transfer etmək niyyətindədir.
ANS PRESS