Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 14-də “Bakı” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” bu gün doğma şəhərə qayıdır.
Komanda istirahətini yekunlaşdıraraq bu gün, sentyabrın 9-da səhər saatlarında Bakıda bir araya gələcək. “Modern” otelinin qarşısından saat 10:00-da Lənkərana yola düşəcək komanda artıq saat 18:00-da doğma şəhərdə məşqə çıxacaq. Stadionun ehtiyat meydançasında keçiriləcək hazırlıq prossesində fikizi hazırlıq üzrə yeni məşqçi Covanni Melkiore ilə yanaşı millinin düşərgəsindən qayıdan futbolçular da iştirak edəcəklər.
12cioyuncu.info