“Hal-hazırda stadion su altında qalıb. Lənkləranda hələ də güclü yağış yağır”.
Bu nözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran” klubunun icraçı direktoru, eləcə də Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi bildirib ki, komandanın axşama təyin olunan məşqi də ola bilsin ki, təxirə salınsın:
“Yəqin ki, axşama komandanın burda keçirilməli olan məşqi təxirə salınacaq. Çünki stadion su altındadı. Bu cür havanın 3 gün də davam edəcəyi gözlənilir. Ancaq “Bakı” ilə çempionat oyununa, yəni ayın 14-də havanın sabit olacağını gözləyirik”.