İki ay bundan öncə birinci divizion klubumuz “Neftçala”ya təklif olunan türk futbolçu Ömər Arsoy “Əskişəhərspor”la anlaşıb.
İdmanxeber.com-un məlumatına görə, “Neftçala”nın bəyənmədiyi 19 yaşlı gənc futbolçu Əskişəhər təmsilçisinin əvəzedici komandasına keçib.
Ömər özünü doğruldacağı halda əsas komandaya götürüləcək.
Maraqlıdır ki, “Neftçala” klubunun məşqçiləri Öməri komandaya götürməmək üçün bəhanələri sıralayıblar.
Nəticə isə göz qabağındadı.