“Xəzər Lənkəran”ın sabiq futbolçusu Rendal Brenes Kosta-Rika millisinin heyətində qəhrəmana çevrilib.
Belə ki, forvard komandasının Yamayka millisinə qarşı oynadığı oyunda 67-ci dəqiqədə meydana çıxıb və 8 dəqiqə sonra qol vurub.
Yamayka millisi oyunun sonlarında hesabı bərabərləşdirsə də, bir xal Kosta-Rikanı dünya çempionatına aparıb.
Qeyd edək ki, Rendal Brenes Cüneyt Biçərin dönəmində “Xəzər Lənkəran”a transfer olunmuşdu. Yunis Hüseynovun gəlişindən sonra isə sözügedən futbolçu klubdan göndərilmişdi.