“Real”dan “Arsenal”a keçən Məsut Özillə ispan təmsilçisinin prezidenti Florentino Perez arasında gərginlik artır.
“Eurosport.com”un yaydığı xəbərə görə, Perezin yarımmüdafiəçini qadın düşkünü adlandırması futbolçunun və atasının narazılığına səbəb olub. Alman futbolçunun atası bu cür ittihamların ardından Perezi məhkəməyə verəcəklərini deyib.
24 yaşlı futbolçu isə “DÇ-2014″ün seçmə mərhələsində Farer adaları (3:0) ilə oyundan sonra “Real” prezidentinin cavabını belə verib: “Məni tanıyan insanlar nə qədər peşəkar olduğunu çox yaxşı bilirlər. Tək söyləmək istədiyim budur”.