“Mançester Yunayted”in aparıcı futbolçusu Ueyn Runi “Mançester Siti” ilə derbiyə kimi zədəsini sağaldacaq.
Məşqlərin birində zədələnən hücumçu Premyer Liqada “Kristal Pelas” və Çempionlar Liqasında “Bayer”lə oyunları buraxacaq. Ancaq təcrübəli forvard sentyabrın 22-də keçiriləcək Mançester derbisinə kimi hazır olacaq.