Artıq dünəndən məşqləri bərpa edən “Simurq” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.
Klub saytına istinadən verdiyimiz məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan “sarı-qaralar”, məşqə isinmə hərəkətlərilə start verib. Bundan sonra iki qruppaya bölünərək “kvadrat” oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, Premyer Liqanın V turu çərçivəsində “Sumqayıt”ı komanda Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma, saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.