Bu gün La Liqada “Sevilya” ilə qarşılaşacaq “Barselona” sevindirici xəbər alıb.
Belə ki, komandanın aparıcı üzvü Karles Puyol uzunmüddətli zədədən sonra yenidən futbola qayıdıb.
Bu xəbəri yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Xerardo Martino təsdiqləyib.
Puyol 1 həftə ərzində kollektivlə birlikdə məşqlərə başlayacaq.