2011/12 mövsümündə AZAL, 2012/13 mövsümündə isə “İnter”in şərəfini qoruyan Tales Şütz özünə komanda tapıb. 32 yaşlı forvard Hong-Konq klubu olan “South China” ilə bir illik müqavilə imzalayıb.
Bu klub braziliyalı üçün yad deyil. Belə ki, Şütz 2008-2011-ci illər arasında məhz burada çıxış edib.
O, “Botafoqo”, “Atletiko Paranense”, “Qremio”, “Yagelloniya”, “Makkabi”(Netanya), “Leykşoeş” kimi klublarda oynayıb.