21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun başlanma vaxtı və stadionu müəyyənləşib.
Yığmamızın oktyabrın 10-da Norveçin Drammen şəhərindəki “Marienlyst” stadionunda Norveçlə keçirəcəyi oyunu saat 20.00-da, oktyabrın 15-də Bakıdakı “Bayıl Arena”da Portuqaliya ilə matçı isə saat 16.00-da başlayacaq.