Türkiyəli mütəxəssis Yılmaz Vural Azərbaycan milli komandasından təklif almasına münasibət bildirib.
Türkiyənin "Hurriyet" qəzetinə danışan Vural Azərbaycandan təklif aldığını təsdiqləyib:
"Azərbaycanlı millət vəkilinin dəvəti ilə Bakıya gedəcəm. Nə məqsədlə dəvət edildiyimi bilmirəm. Azərbaycan millisinə baş məşqçi təyin olunacağımla bağlı məlumatlardan xəbərsizəm".