Yay transfer dönəmində qalmaqallı şəkildə "Kortrijk"dən "Neftçi"yə keçən, lakin hələdə qol hesabını aça biməyən Ernest Nfor maraqlı açıqlamalar verib.
Paytaxt klubunun futbolçusu azarkeşlərə qol sözü verib:
"Mən bilirəm ki, Azərbaycanın ən köklü klubunda oynayıram və bu məsuliyyəti hiss edirəm. Bütün azarkeşlərimiz də məndən qol gözləyir. Mən hər gün çalışıram ki klubun mənə duyduğu ehtimatı doğruldum, amma təəssüf ki, qol vurmaq imkanım olmayıb. Bəlkə də bu yeni komandaya uyğunlaşma prosesindən qaynaqlanır. Ancaq "Neftçi" azarkeşlərini əmin edirəm ki, mən qarşıdakı oyunlardan əlimdən gələni edəcəm ki, qol və qollar vurum. Mən "Neftçi"yə məhz buna görə gəlmişəm".