Premyer Liqanın VIII turunda “İnter”ə gözlənilmədən məğlub olan “Xəzər Lənkəran” IX turda qarşılaşacağı “Rəvan”la oyun üçün artıq Bakıya gəlib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubunun 3 xal hədəflədiyi “Rəvan”la oyunu klubun prezidenti Mais Mənsimov da izləyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın son Bakı səfəri AZAL üzərindəki qələbə ilə yadda qalmışdı və həmin oyunu M.Mənsimov tribunadan canlı izləmişdi.
Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də, “Bayıl Arena”da keçiriləcək.