“Rəvan” Premyer Liqanın IX turu çərçivəsində “Xəzər Lənkəran”ı qonaq edəcək. Komanda oyuna hazırlığı “Bayıl” stadionunda davam etdirir.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi ilə keçirilən hazırlıqda futbolçular ruh yüksəkliyi ilə çalışır və onun tapşırıqlarını diqqətlə dinləyir. AZAL ilə son tur matçından sonra başlayan məşqlərdə yalnız zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyev iştirak etmir. Qalan bütün komanda üzvləri hazırlığa qatılır. Məşqçilər daha çox futbolçuları toplu çalışmalar üzərində hazırlaşdırır. Məşqlər ümumilikdə taktiki-texniki yöndə olur.