Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun hakimləri açıqlanıb. Oktyabrın 11-də Şimali İrlandiya ilə baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi isə Andrea De Marko olacaq. 8-ci km stadionunda baş tutacaq görüşdə ona həmyerliləri kömək edəcək. Ədalət təmsilçilərinin işinə isə maltalı hakim- inspektor qiymət verəcək. 4 gün sonra eyni stadionda keçiriləcək yığmamızın Rusiya ilə oyununun da hakim-inspektoru və komissarı müəyyənləşib.
11 oktyabr
21:00. Azərbaycan – Şimali İrlandiya
Baş hakim: Andrea De Marko
Baş hakimin köməkçiləri: Rikardo Di Fiore, Alessandro Giallatini
Dördüncü hakim: Mauro Berqonzi (hamısı İtaliya)
Hakim-inspektor: Adrian Kaşa (Malta)
Komissar: Kuaniş Kanapyanov (Qazaxıstan)
Bakı. 8-ci km stadionu
15 oktyabr
22:00. Azərbaycan – Rusiya
Baş hakim: Milorad Maziç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Corceviç
Dördüncü hakim: Boşko Yovanetiç (hamısı Serbiya)
Hakim-inspektor: Ziqfrid Kirsxen (Almaniya)
Komissar: Duşan Tittel (Slovakiya)
Bakı. 8-ci km stadionu
Mənbə: affa.az