Türkiyə Kubokunda II turun oyunları davam etdirilir. Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” bu gün meydana çıxıb.
Ordu təmsiçisi “Gölcükspor” klubunun qonağı olub. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Orduspor” mərhələ adlayıb – 5:4.
Son çempionat matçını zədə səbəbindən buraxan Branimir Subaşiç start heyətində yer almasa da, 75-ci dəqiqədə Hasan Üçüncünü əvəzləyib.