Dünən keçirilən “Mançester Siti” – “Bavariya” matçının anonsunu yayımlayan Çempionlar Liqasının rəsmi “tvitter” səhifəsi kobud səhvə qol verib.
Belə ki, sözügedən səhifə “Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin şəklini paylaşaraq “Mançester Siti” – “Bavariya” matçı ilə bağlı suallarınızı verə bilərsiniz” yazıb. Az sonra səhvini anlayan səhifə bu “tvit”i silib və yerinə Qvardiolanın şəkli ilə yeni bir “tvit” yayınlayıb.