“Rubin”in baş məşqçisi Kurban Berdiyev millimizin müdafiəçisi Ruslan Abışovun ötən gün Avroliqanın qrup mərhələsi çərçivəsində Belçika “Sulte-Varegem”lə oyununu dəyərləndirib.
Təcrübəli mütəxəssis bunları deyib: “Ruslan Abışov yaxşı oynadı. Amma sonda bir qədər həyəcanlı idi. Görünür, yorulmuşdu”. Ruslan komandasının 4:0 hesabıyla qazandığı oyunda ilk dəqiqələrdən meydanda idi 74-cü dəqiqədə əvəzləndi.