Premyer Liqanın IX turunda “Simurq” qəbul edəcək AZAL meydana böyük itki ilə çıxacaq. Baş məşqçi Vaqif Sadıqov Yuri Fomenkonun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb ukraynalı forvardın zədələnməsidi. Komandanın həkimləri onu hazır vəziyyətə gətirmək istəsə də, buna nail ola bilməyiblər.