Futbol üzrə Azərbaycan I Divizionunun 4-cü turunun oyunlarında dəyişiklik edilib.
Yevlax şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin planlaşdırılması ilə əlaqədar olaraq “Karvan” – “Şəmkir” oyunu 5 oktyabr tarixindən 6 oktyabr tarixinə keçirilib.
Turun “Bakılı” – “Ağsu” qarşılaşması isə Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
6 oktyabr (bazar)
“Karvan” – “Şəmkir”
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, İftixar Qəniyev, Kərim Kərimov
Hakim-inspektor: Rafiq Pənahpur
Yevlax şəhər stadionu.
“Bakılı” – “Ağsu”
Hakimlər: Ramil Əhmədov, Rza Məmmədov, Habil Əliyev, Anar Göyçayski
Hakim-inspektor: Vaqif Sadıxov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.