Ruslan Abışovun “Rubin”in rəsmi saytına müsahibəsi.
– Ruslan, seçmə mərhələnin son oyununda oktyabrın 15-də Rusiya millisi ilə qarşılaşacaqsınız. Bu oyun sizin üçün prinspial xarakter daşıyır?
– Mən belə deməzdim. Ancaq doğma meydanda qələbə qazansaq, xalqımız çox sevinər. Şimali İrlandiya üzərindəki qələbədən sonra Rusiya ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxacağıq. Azərbaycanda bu oyuna böyük maraq var. Əgər Rusiya ilə heç-heçə oynasaq, bu bizim üçün yaxşı nəticə olar.
– Qrup lideri olan bir komandanı məğlub etməyi planlaşdırmırsınız?
– Əlbəttə, biz Rusiya millisinə hörmətlə yanaşırıq. Nə də olmasa, qrup lideridir. Ancaq biz öz meydanımızda yalnız qələbəyə oynayacağıq. Bu oyuna yaxşı köklənəcəyik, ona görə də rəqibə asan təslim olmayacağıq.
– Millinin lideri olmaq və bunun sayəsində klubunda oyun təcrübəsi qazanmaq necədir?
– Bu asan deyil. Yaxşı və təcrübəli futbolçulardan təşkil olunmuş komandamız var. Xalqımız öz həmvətənlərinin çıxış etdikləri klubları yaxından izləyir. Çoxları soruşur: "Ruslan "Rubin"də niyə oynamır?". Bu futboldur. "Rubin"də güclü futbolçular çoxdur. Bunu yaxşı başa düşürəm, məşq edirəm və öz şansımı gözləyirəm.