26 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”lıların unutmadığı futbolçu yenidən Azərbaycanda!

“Xəzər Lənkəran” və “Bakı”nın sabiq futbolçusu Junior Osvaldo yenidən Premyer Liqamızda çıxış edə bilər.

Futbolçu hazırda AZAL-ın düşərgəsindədir. Baş məşqçi Vaqif Sadıqov futbolçunu yoxlayır. Osvaldo özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Junior 2009/10 mövsümündə “Xəzər Lənkəran”da (21 oyun, 2 qol), 2010/11 mövsümündə “Bakı”da (14 oyun, 1 qol) çıxış edib. 31 yaşlı yarımmüdafiəçi ölkəmizdən ayrıldıqdan sonra Braziliyanın aşağı liqa klublarında – “Votuporanguense”, “Araksa”, “Marilia” və “Ferroviaria”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43