“Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası “Young Talents” (“Gənc İstedadlar”) turnirində iştirak məqsədilə sabah Rusiyanın Sankt-Peterburq şəhərinə yallanacaq.
Klubun saytına istinadən verdiyimiz məlumata görə, 20 komandanın iştirakı ilə baş tutacaq turnirdə “Qəbələ” C Qrupunda yer alacaq. Növbəti mərhələyə vəsiqə uğrunda klub “Young Talents” Komandası, “Rubin”, “Baltika”, “Dinamo” (hamısı Rusiya) kollektivləri ilə qarşılaşacaq.
17 oktyabr
“Young Talents” Komandası – “Qəbələ”
“Qəbələ” – “Rubin”
18 oktyabr
“Dinamo” – “Qəbələ”
“Qəbələ” – “Baltika”