23 Dekabr 2024
Ölkə futbolu

FİFA AFFA-nı cəzalandıra bilər

Bildiyimiz kimi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda millimiz Rusiya ilə bərabərə qaldı. Oyun ərzində əslən azərbaycanlı olan, amma Rusiya yığmasının şərəfini qoruyan Aleksandr Səmədova qarşı azarkeşlərimiz tərəfindən təhqiramiz ifadələr işlətildi.

Hətta, Səmədov künc zərbəsindən topu oyuna daxil etmək istəyərkən bir sıra azarkeşlər ona müxtəlif əşyalar atdı. Matçın hakimi isə meydançaya atılan əşyaları götürərək protokol tərtib ediblər. Belə olduğu halda FİFA AFFA-nı sərt şəkildə cəzalandıra bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43