26 Dekabr 2024
Ölkə futbolu

Yuri Syomin: “Mənim bu barədə danışmağım doğru olmaz”

“Qəbələ” futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syomin son günlər Moskvada baş verənlərə münasibət bildirmək istəməyib.

66 yaşlı mütəxəssis  açıqlamasında bu haqda danışmaq istəmədiyini deyib:

“Mənim bu barədə danışmağım doğru olmaz. Çünki Moskvada baş verənlər siyasi məsələdir. Ona görə də münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, 31 yaşlı Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskva sakini Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinərək saxlanılması Rusiyada soydaşlarımıza qarşı rəsmi və qeyri-rəsmi səviyyədə münasibətin kəskinləşməsinə səbəb olub.
modern.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43