Rusiya millisinin və “Zenit”in futbolçusu Andrey Arşavin ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
Bir vaxtlar hücumçunun “Xəzər Lənkəran”la keçəcəyi söylənilsə də, o, Azərbaycandan təklif almadığını bildirib:
“Bu, yalandır. Azərbaycandan heç bir təklif almamışam. Ümumiyyətlə, bu xəbərlərin hardan ortaya çıxması mənim üçün də qaranlıqdır. Düzünü bilmək istəyirsinizsə, Qətər və BƏƏ-dən təklif almışdım, Azərbaycandan yox”.